İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlara nəzarət itirildi: Qəsri-Şirinə ordu yeridildi - VİDEO

1712 07.01.2026 03:37 Dünya A A

İranın Kermanşah vilayətində yerləşən Qəsri-Şirin şəhərində etiraz aksiyalarına təhlükəsizlik qüvvələri nəzarət edə bilməyib.

Musavat.com xəbər verir ki, vəziyyətin gərginləşməsi fonunda bölgəyə Müdafiə Nazirliyinin bölmələri və sərhəd xidməti əsgərləri göndərilib.

Məlumatlara görə, yerli polis və daxili təhlükəsizlik qüvvələri etirazları dağıtmaqda çətinlik çəkib. Bundan sonra mərkəzi hakimiyyət şəhərdə nəzarəti bərpa etmək üçün ordu resurslarını işə salıb. Şahidlərin bildirdiyinə görə, şəhərin bir neçə strateji nöqtəsində hərbi postlar qurulub, giriş-çıxışa nəzarət gücləndirilib. 

Eyni zamanda, daxil olan məlumatlara əsasən, Qəzvin şəhərində də şiddətli etiraz aksiyaları davam edir. Orada da təhlükəsizlik qüvvələrinin vəziyyətə tam nəzarət etməkdə çətinlik çəkdiyi bildirilir.

Hadisələrlə bağlı rəsmi açıqlama verilməsə də, Qəsri-Şirin və Qəzvində baş verənlər İranda etirazların regional mərhələdən çıxaraq təhlükəsizlik böhranına çevrildiyini göstərir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR