İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ona görə İrana təşəkkür etdi

1435 16.07.2026 09:06 Siyasət A A

İran hakimiyyəti casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Kararinin ölkəni tərk etməsinə icazə verib.


Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Cared Genser məlumat yayıb: "Mən məmnuniyyətlə elan edirəm ki, saxta ittihamlar səbəbindən 2024-cü ilin dekabrından bəri İranı tərk edə bilməyən müvəkkilim Dena Karari artıq azaddır". Genser Kararinin "ABŞ-a qayıtdığını" aydınlaşdırıb.

"The New York Times" qəzeti Genserə istinadən qeyd edib ki, Karari İranda "casusluq və düşmən dövlətlə əməkdaşlıqda" ittiham olunur. Qəzetin məlumatına görə, o, həm ABŞ, həm də İran vətəndaşlığına malikdir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sosial hesabında İranın "xoşməramlı jest" olaraq 2024-cü ildə saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verdiyini yazmışdı. O, qadının adını çəkməsə də, İran tərəfinə minnətdarlığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR