İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətin Məmmədli: “İranın uzunmüddətli müharibə aparmaq imkanları məhduddur”

936 16.07.2026 08:11 Analitika A A

İranın ali rəhbərinin keçmiş baş müşaviri Məhəmməd Cavad Laricani İranı çoxillik müharibəyə hazırlaşmağa çağırıb.

Musavat.com xəbər verir ki, o, artan gərginlik fonunda İranın iqtisadi və müdafiə hazırlığını gücləndirməli olduğunu bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a Laricaninin fikirlərini şərh edib. M.Məmmədlinin fikrincə, Laricaninin açıqlaması İranın danışıqlar prosesində ABŞ ilə hər hansı kompromisə getmək niyyətində olmadığını göstərir:

“Bunu İran hakimiyyətinin nümayiş etdirdiyi mövqeyə əsasən deyə bilərik. İranın uzunmüddətli müharibə aparmaq imkanlarını iki kontekstdən nəzərdən keçirmək lazımdır. ABŞ və İsraillə müharibə İrandakı mövcud sistemin İran cəmiyyətində mövqelərini siyasi və ideoloji cəhətdən möhkəmləndirə bilər, başqa sözlə, ümumi düşmən obrazı yaradılır. Amma iqtisadi, sosial baxımdan İranın müharibəni davam etdirəcəyi ilə bağlı iddialara şübhə ilə baxıram. Çünki göstəricilər son illərdə xeyli aşağı düşüb. Sanksiyalar altında olan İran iqtisadiyyatı uzunmüddətli münaqişə yaxud müharibəyə nə dərəcədə tab gətirəcək? Nəzərə almaq lazımdır ki, ABŞ dəniz blokadasını da davam etdirsə, bu, İran üçün olduqca ağır nəticələr yarada bilər. İran eneri resurslarlnın 90 faizindən artığını məhz Hörmüz boğazı vasitəsilə ixrac edir. Dəniz blokadası İran iqtisadiyyatına həqiqətən ciddi problemlər yaradır. Bu cür şəraitdə İranın uzun illər ərzində müharibəni davam etdirmək imkanı ciddi şübhə doğurur”.

M.Məmmədli əlavə edib ki, İran hakimiyyəti tərəfdaş dövlətlərin yardımına ümid edir.

Nigar Həsənli
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR