İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 4 nəfər edam olunub

1139 15.11.2022 10:55 Region A A

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidandakı həbsxanada bəluc əsilli yerli sakinlər İmambəxş Narui, Möhsün Anşini, Vəli Rudini və adı hələ açıqlanmayan daha bir nəfər Şiraz şəhərinin Adilabad zindanında edam ediliblər.

Musavat.com “Report”a istiadən xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, onlar narkotik maddələrin qanunsuz dövriyəsində ittiham edilərək edam olunublar.

İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR