İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN başçısı Tehrandakı səfirliyimizə hücumdan danışdı

963 05.07.2023 18:55 Son xəbər A A

“İran tərəfi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan hiddətlənib və təəssüflənib”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

"Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs məsuliyyətə cəlb olunacaq və ağır şəkildə cəzalanacaq. Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik", - deyə İran XİN başçısı bildirib.

Hüseyn Əmir Abdullahiyan deyib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı hər hansı bir qurumun və ya şəxsin qüsuru varsa və bu, isbat olunacaqsa, onlar da öz cəzalarını alacaqlar.

Qeyd edək ki, yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə silahlı hücum olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR