İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Xarici İşlər Nazirliyi: “Tranzit yolların möhkəmlənməsi regionun inkişafı üçün mühüm amildir”

500 31.08.2022 17:28 Region A A

“İranın coğrafi mövqeyi tranzit marşrutların gücləndirilməsi və regional inkişafı dəstəkləmək üçün çox əlverişli imkanlar yaradır”.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrov ilə danışıqlardan sonra deyib.

"İran əhəmiyyətli coğrafi mövqeyə malikdir. Şimal-Cənub istiqaməti də daxil olmaqla tranzit marşrutların gücləndirilməsi regionun inkişafı və onun ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm amildir. Şimal-Cənub istiqamətində bütün marşrutların aktivləşdiriləcəyinə ümid edirik. Marşrutun Şərq qolu artıq istifadəyə verilib. Qərb qolunu da tamamlamağa hazırıq. Bu xəttin tamamlanması Moskva ilə müzakirə olunur. İran tərəfi bu marşrutun qalan hissəsinin tikintisi ilə ciddi şəkildə məşğul olur. Bu, bu gün müzakirə etdiyimiz ən vacib məsələlərdən biridir”, - Abdullahian Lavrovla birgə mətbuat konfransında bildirib.

O, həmçinin İran İslam Respublikasının Cənubi Qafqazda geosiyasi dəyişikliklərə qarşı olduğunu bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR