İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üçün DƏHŞƏTLİ SSENARİ: ABŞ 3 istiqamətdən quru hücumuna HAZIRLAŞIR

1113 19.07.2026 16:10 Dünya A A

ABŞ Hörmüz boğazını nəzarətə götürdükdən sonra İrana cənub, qərb və şərq istiqamətlərindən quru qoşunları ilə hücuma başlamağa cəhd edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Abbas Papizadə “Isna” agentliyinə verdiyi müsahibəsində bildirib.

İranlı deputat ABŞ-nin hərbi planlarının detallarını bu cür təsvir edib:

“Amerikanın nəzərdən keçirdiyi ssenari ondan ibarətdir ki, ilk növbədə Hörmüz boğazına nəzarəti İrandan alsın. ABŞ neftin öz bazarına və müttəfiqlərinə maneəsiz daşınmasına zəmanət verdikdən sonra ölkəyə cənub, qərb və şərqdən quru hücumu planlaşdıracaq və demək olar ki, bütün vilayətlərimizə zərbələr endirəcək”.

Deputatın fikrincə, Tehran hərbi siyasətini müdafiədən hücuma dəyişərək ABŞ-yə “qətiyyətli və sərt cavab” verməlidir:

“Vaxt bitdi, bizim hərbi sahəmiz düşmənin bütün infrastrukturuna sarsıdıcı zərbələr endirməlidir”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 13-də Birləşmiş Ştatların Hörmüz boğazını öz nəzarətinə götürəcəyini bəyan edib. Daha sonra isə Vaşinqton İranın dəniz blokadasının bərpa olunduğunu elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR