Musavat.com xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benjamin Netanyahu haqqında son dərəcə sərt açıqlama verib.
Laricani ABŞ prezidentinin İran etirazçılarını hakimiyyət orqanlarını ələ keçirməyə çağıran paylaşımını şərh edərək bildirib:
“Biz İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq: 1 – Tramp, 2 – Netanyahu”.
İran rəsmisinin sözlərinə görə, bu cür çağırışlar ölkədə zorakılığın təşviqi və daxili sabitliyin pozulmasına yönəlib. Tehran hesab edir ki, Vaşinqton və Təl-Əviv İran daxilində baş verən proseslərə birbaşa müdaxilə etməyə çalışır.
Qeyd edək ki, son günlər ABŞ prezidentinin İranla bağlı açıq və sərt mövqeyi, eləcə də etirazlarla bağlı verdiyi bəyanatlar Tehranın rəsmi dairələrində ciddi narazılıq doğurub.
Musavat.com







