İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri Fransa XİN-ə çağırılıb

476 15.04.2024 00:34 Dünya A A

İranın Parisdəki səfiri Məhəmməd Aminnicat Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri Stefan Sejurne “France 2” telekanalının efirində bildirib.

“Qətiyyətimizin siqnalını çatdırmaq üçün İran səfirini çağırmağı göstəriş vermişəm”, – Sejurne vurğulayıb.

Eyni zamanda, nazir bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsinə yol verməmək lazımdır. Onun sözlərinə görə, Fransanın prioriteti girovların azad edilməsi, atəşkəs və Qəzza zolağına humanitar yardımın daxil olmasını təmin etməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR