İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rəsmən açıqladı: "Türkiyə ilə anlaşdıq..."

976 16.11.2021 15:13 Dünya A A

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə ilə İran arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması mövzusunda razılaşdıqlarını bildirib.

Avropa.info xəbər verir ki, Abdullahiyan bu barədə Tehranda rəsmi səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında danışıb.

İran XİN rəhbəri iki ölkə arasında əlaqələrin sürətləndirilməsi üçün ortaq mexanizmlər quracaqlarını deyib:

"Türkiyə ilə İran arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsi hazırlamağa razılaşdıq. Bu mövzuda diplomatik danışıqlara başlayacağıq. Bunu görüş zamanı yekunlaşdıracağıq. Cənab Ərdoğanın Tehrana səfəri və iki ölkə arasında anlaşma memorandumu hər iki prezidentin iştirakı ilə imzalanacaq".

Çavuşoğlu ilə münasibətlərin önündəki maneələrin aradan qaldırıldığını vurğuladıqlarını qeyd edən iranlı nazir, "İki ölkə arasındakı əlaqələr tarixi və dostluq münasibətləridir. Biz buna xüsusi önəm veririk. Ticarət, iqtisadiyyat, enerji, sərhəd və konsulluq və digər sahələrdə əməkdaşlığı müzakirə etdik. Münasibətlərin sürətləndirilməsi üçün heç bir ciddi maneə görmürük. İki ölkənin geniş potensialı var. İş adamlarının qarşısındakı maneələr müəyyən edilib və qısa müddətdə problemlərin aradan qaldırılması istiqamətində addımlar atılacaq", deyib.

"Biz bir çox regional məsələlərdə həmfikirik. Regional və beynəlxalq məsələlərlə bağlı faydalı müzakirələr apardıq. Biz Əfqanıstana da diqqət yetiririk. Qərbi Asiyada sülh və sabitlik bizim üçün vacibdir. Ankara və Tehran hökumətləri bu məsələdə fəaldırlar",-deyə XİN rəhbəri bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR