İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-İsrail gərginliyini diqqətlə izləyən 2 tərəf var - ŞOK AÇIQLAMALAR

1606 14.04.2024 15:26 Siyasət A A

"İran-İsrail gərginliyini diqqətlə izləyən iki tərəf də var. Bunun biri Rusiya, digəri İrandan maliyyələşən və silahlanan Hizbullah, HƏMAS, husilər kimi qruplardır. İran-İsrail gərginliyi Kremlin işinə yarayır".

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

SAHİN.jpg (78 KB)

"Birincisi, Qərbin diqqəti istər-istəməz Rusiya-Ukrayna müharibəsindən yayınır. İkincisi, Rusiya İranla strateji tərəfdaş olsa da, Tehranın Suriyada möhkəmlənərək Bəşər Əsəd rejimi üzərindən nəzarət etməsini istəmir. Çünki bu halda Əsəd rejiminin Moskvadan asılılığı azalır. İranın vəd etdiyinin əksinə olaraq İsrailə ciddi nəticəsi olmayan raket zərbələri Hizbullah, HƏMAS və husilərə rəhbərlik edənləri də düşündürəcək. Onlar da İranın əməlinin dilindən zəif olduğunu gördülər", - politoloq qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR