İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran ‘Böyük İsrail’ layihəsinin qarşısındakı əsas maneədir”

998 17.04.2026 00:48 Dünya A A

Yaxın Şərqdə geosiyasi balansın mərkəzində duran İran faktoru yenidən beynəlxalq medianın diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, Əl Cəzirə nəşrində dərc olunan təhlildə qeyd olunur ki, İran regionda “Böyük İsrail” kimi tanınan genişlənmə strategiyasının həyata keçirilməsində əsas əngəl kimi çıxış edir.

Məqalədə vurğulanır ki, bəzi israilli siyasi və təhlükəsizlik dairələri regionda yalnız ərazi deyil, həm də siyasi-hərbi dominantlıq qurmağı hədəfləyir. Bu strategiya təkcə Fələstin əraziləri ilə məhdudlaşmır, daha geniş coğrafiyada təsir dairəsinin artırılmasını nəzərdə tutur.

Bildirilir ki, İsrailin bu planları çərçivəsində Livan, Suriya və digər bölgələrdə təsir imkanlarını genişləndirmək istəyi mövcuddur. Lakin İranın hərbi potensialı, raket imkanları və regiondakı müttəfiqləri bu planların reallaşmasını çətinləşdirən əsas amillərdən biri kimi göstərilir.

Təhlildə xüsusi olaraq qeyd olunur ki, ABŞ-nin dəstəyinə baxmayaraq İranın tam məğlub edilə bilməməsi İsrailin uzunmüddətli regional strategiyası üçün ciddi zərbə hesab olunur.

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR