İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə Parlamentində İcmalar Palatasının rəhbəri Brexitin səsverməyə çıxarılmasına icazə verməyib

242 22.10.2019 00:47 Dünya A A

İngiltərə Parlamentində İcmalar Palatasının rəhbəri Con Berkov bu gün Brexitin səsverməyə çıxarılmasına icazə verməyib.

O, şənbə günü İcmalar Palatasının gündəmində olan Avropa İttifaqından çıxma razılaşmasının bazar ertəsi günü yenidən səsverməsinin mümkün olmayacağını söyləyib.

Xatırladaq ki, İngiltərənin Baş naziri Boris Conson keçən həftə Aİ liderləri ilə əldə etdiyi Brexit razılaşmasını şənbə günü təsdiq etmək üçün İcmalar Palatasına göndərmişdi. Sazişə səs vermək üçün toplaşan parlament Brexit müddətinin uzadılması üçün Baş nazirdən Aİ-yə məktub yazmasını tələb etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR