İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziyada ağır yol qəzasında onlarla insan ölüb

191 24.12.2019 07:27 Dünya A A

İndoneziyada ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə yerli "Antara" agentliyi xəbər yayıb.

Agentliyin polisə və yerli hakimiyyət orqanlarına istinadən məlumata görə, hadisə ölkənin Cənubi Sumatra əyalətində baş verib. Sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 24 nəfər həlak olub.

Qeyd edilir ki, hadisə zamanı həmçinin daha 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə məlumat yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR