İndoneziyanın Xalq Nümayəndələri Məclisinin sədr müavini Fədli Zonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 28-də Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, İndoneziya səfirliyindən verilən məlumata görə, qonaqlar Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.
Avqustun 2-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasındakı əməkdaşlıq, parlamentlər səviyyəsindəki əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.