İnsanlara hürriyət, millətlərə istiqlal!

“İndi kimə salam verirsən dərhal yataq təklif edir” - Mügənni Aysel Manaflı (FOTOLAR)

20010 20.08.2023 01:25 Şou-biznes A A

Xəbərin ilk yayımlanma tarixi: 19.08.2023 (14:00) 

Bəzi gənc mügənnilərimiz var. Sözün əsl mənasında istedad, bacarığa malikdir. Amma təəssüflər olsun ki, onların imkanlı sponsorları olmadığı üçün onları istər televiziya məkanlarında istər yerli mətbuatda rast gəlmək olmur.

Gənc mügənni Aysel Manaflı "Azərbaycan Reallığı"na açıqlamasında bildirir ki, indi sponsor tapmaq elə də çətin iş deyil. Sadəcə bəziləri xanım mügənniyə sponsorluq edirsə, dərhal beyninə başqa düşüncələr gəlir:

"Misal üçün ölkəmizdə bahalı restoran, məkanlar var. Onların şou-biznes proqramına düşmək üçün rəhbərliklərindən kiminləsə danışıq aparırsan, elə həmin dəqiqə başqa niyyətlə yatağ təklif edir. Sponsorluq edəcək qurumların da hansısa rəhbər şəxsləri mügənniyə o niyyətlə münasibət göstərir və salam-sağ ol edir.

Təbii ki, bununla razılaşan müğənnilərimiz də az deyil. Ona görə də bu sənət adı gələndə insanlarda tam başqa təəssürat yaranır. Xüsusən də xanım mügənnilərə, yeni səhnəyə çıxanlara çox çətin olur".

Aysel Manaflı özü ilə bağlı məsələyə də münasibət bildirib. O, şəxsi həyatından danışmaq istəmədiyini deyib.

Mügənni onu sevib məclislərində görmək istəyənlərin etdiyi ödəniş barədə də açıqlama verib:

"İndi insanların sosial durumu çətindir. Onun üçün ödəniş danışığında çalışdığımız qədər razılığa gəlirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR