İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu yenidən mer olmaq istəyir

956 15.08.2023 15:25 Son xəbər A A

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasında (CHP) uzun müddətdir dəyişiklik çağırışı edən, başqan Kamal Kılıçdaroğluya müxalifliyini gizlətməyən Əkrəm İmamoğlu yenidən İstanbul merliyinə namizədliyini açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün mətbuat konfransı keçirən İmamoğlu bunları deyib:

“İstanbulu qazanmaq Türkiyəni qazanmaqdır. İstanbul və Türkiyənin taleyi möhürlənib. Mən də özümü İstanbulla möhürlənmiş hesab edirəm”.

Qeyd edək ki, 14 və 28 may seçkilərindəki ağır məğlubiyyətdən sonra Əkrəm İmamoğlu partiya içində köklü dəyişiklikləri həyata keçirmək istəyən qurupun başında gəlirdi. Hətta bunun üçün onun partiyanın ağır artilleriyası sayılan şəxslərlə təşkil etdiyi “zoom görüşü” CHP daxilində böyük böhrana səbəb olmuşdu. İmamoğlu ilə Kılıçdaroğlu arasında kreslo savaşı hələ də bitməyib. Türkiyə mediasının yazdığına görə, qurultayda Kılıçdaroğlunu məğlub edə bilməyəcəyini anlayan İmamoğlu sədrlik fikrindən hələ ki, vaz keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR