İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Tacikistanda böyük nüfuza malikdir - Zubaydullo Davlatov

389 14.09.2023 15:01 Siyasət A A

Prezident İlham Əliyev Tacikistanda böyük nüfuza malikdir.

Musavat.com xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İnformasiya şöbəsinin rəisi Zubaydullo Davlatov Tacikistanın Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət görüşünün kuluarlarında deyib.

"Prezident İlham Əliyev bu gün forumumuzda fəxri qonaq qismində iştirak edir. Bu, Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə, xüsusən Tacikistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində xidmətlərinin təsdiqidir", - deyə o vurğulayıb.

Davlatov Azərbaycanla Tacikistanın dost ölkələr olduğunu qeyd edib.

"Bizim ortaq cəhətlərimiz çoxdur. Tarixi bağlardan başqa, ölkələrimizi siyasət, iqtisadiyyat, ticarət və təhlükəsizlik sahəsində maraqlar birləşdirir. Həm Azərbaycan, həm də Tacikistan (müvafiq olaraq Cənubi Qafqazda və Mərkəzi Asiyada) terror təhdidləri ilə üzləşir. Bundan başqa, hər iki ölkə ekoloji sahədə çağırışlarla qarşılaşır.

Münasibətlərimiz yüksək səviyyədədir, lakin əməkdaşlığı daha da möhkəmləndirmək üçün potensial mövcuddur", - o deyib.

Davlatov daha sonra "İpək Yolu" layihəsində iştirak edən ölkələr üçün Şengen vizasına bənzər vizanın mümkün tətbiqinin müzakirəsini xatırladıb.

"Buraya həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri daxildir. Bu dövlətlər arasında əmtəə dövriyyəsini dəfələrlə artırmağa imkan verəcək, çünki bütün iqtisadi və logistika baryerləri aradan qalxacaq", - deyə o əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR