İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib

648 15.12.2025 15:20 Rəsmi A A

 

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu göndərib.

Musavat.com-un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Baş nazir,

Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Avstraliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR