İnsanlara hürriyət, millətlərə istiqlal!

İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO

525 05.06.2026 16:08 İdman A A

Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında davam edən hüquqi çəkişmədə yeni qərar açıqlanıb.

İtaliyada keçirilən məhkəmə prosesində Naranın aylıq 250 min avro aliment tələbi qəbul edilməyib. Məhkəmə tərəflərin maddi vəziyyətini araşdırdıqdan sonra Naranın kifayət qədər maliyyə imkanlarına malik olduğu qənaətinə gəlib.

Bir müddətdir boşanma prosesi ilə gündəmdə olan cütlük arasında aliment məsələsi əsas mübahisə mövzularından biri idi. Daha əvvəl futbolçunun aliment və digər məhkəmə xərclərini ödəməsi ilə bağlı qərar çıxarılsa da, İkardi həmin qərardan şikayət etmişdi.

Milan şəhərində keçirilən son məhkəmə iclasında isə işə yenidən baxılıb və hakimlər Vanda Naranın tələb etdiyi yüksək məbləğin ödənilməsinə ehtiyac olmadığı qənaətinə gəliblər.

Beləliklə, Mauro İkardi keçmiş həyat yoldaşı ilə aliment məsələsi üzrə apardığı hüquqi mübarizədə öz xeyrinə qərar əldə edib.

Qeyd edək ki, uzun illər evli olan cütlüyün münasibətləri son dövrlərdə tez-tez gündəmə gəlir və onların şəxsi həyatı xarici mətbuatın diqqət mərkəzində qalmaqda davam edir./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR