İnsanlara hürriyət, millətlərə istiqlal!

İdmançı ərini öldürən Əfsanə cəzadan azad edildi - FOTO

1745 21.06.2024 12:05 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, qadın “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş həyat yoldaşı Nurani Qalabəylinin qətlində ittiham olunur.

Keçirilən prosesdə Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı Məhkəmə Psixiatrik Ekspertizası üzrə Ekspert komissiyasının rəyinin nəticəsi açıqlanıb. Rəydə göstərilib ki, Əfsanə Xəlil qızı Qalabəylidə hazırda “Orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə” formasında psixi patologiya müəyyən edilir.

“Bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranıb və hazırda da davam edir. Əfsanə Qalabəylinin hazırda əziyyət çəkdiyi psixi patologiya onu öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarından məhrum edir. Onun depressiv pozuntusu uzun müddət ərzində özünü göstərən və gedişində psixotik xarakterli simptomlar da müşahidə oluna bilən ciddi psixi patologiyadır. Bu psixi patologiya şəxsin özünə qarşı təhlükə kəsb etdiyi üçün stasionar şəraitdə davamlı müşahidə və müalicə apanlmasını tələb edir. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Əfsanə Qalabəyli hazırda öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyil”.

Prokuror Cövdət Mehrəliyev ekspertiza rəyinə əsasən təqsirləndirilən şəxsə ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsini təklif edib.

Ardından Əfsanə Qalabəyli barəsində qərar elan edilib. Qərara əsasən, Əfsanə Qalabəyli barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilib.

İttihama görə, 2022-ci il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsi ilə qətlə yetirib. İstintaq orqanı tərəfindən Əfsanə Qalabəyli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.

Xatırladaq ki, cinayət işi üzrə ifadə verən həmin qadınlardan biri Fidan bildirib ki, Nuraninin hədə-qorxusu ilə həmin evə gedib və onun arvadı evdə olduğu halda intim münasibətlər yaşayıb. Deyib ki, Nurani arvadının belə hərəkətlərinə etiraz etmədiyini söyləyib. Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyüb, təhqir edib, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olub. Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib. Hadisə günü isə Əfsanə Qalabəyli həyat yoldaşının növbəti eyş-işrət məclisinə etiraz edib, ardından yaranan dava-dalaş zəminində onu qətlə yetirib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR