İnsanlara hürriyət, millətlərə istiqlal!

İcazəsiz mitinqdə baş sığallamırlar - istər o baş Əlinin olsun, istər Bəxtiyarın

2353 22.10.2019 09:05 Gündəm A A

Bayaqdan lentimdə Əli Kərimlinin saxlanılması anını və onu müşayiət edən "…kobudluq etmək vacib idimi?" sualını görürəm. Şəkildə AzVision-un əməkdaşı, vloger Bəxtiyar Məmmədovun saxlanıldığı an əks olunub. Onunla kobud davranmışdılar, çiyin əzələləri zədələnmiş, vətərləri dartılmışdı. Buna baxmayaraq, buraxılan kimi özünü redaksiyaya yetirib, ağrıdan üz-gözünü qırışdırıb, ufuldaya-ufuldaya çəkdiyimiz kadrları montaj etdi (Bağrıma basıram, Batya, sən kişi adamsan!). Evə gedəndə bir əli zədələnmiş və hələ də ağrıyan çiynində idi... 

Amma buna baxmayaq, nə onda, nə də məndə polisə qarşı heç bir kin yaranmadı. Onlar öz işlərini görüblər, aksiyaya gödəkçəsiz çıxmaq bizim seçimimiz idi. (Daha doğrusu, redaksiyada əlavə gödəkçə olmadı, amma çıxıb gördük ki, jurnalist gödəkçəsində olanlar özlərini aksiya iştirakçılarından betər aparırlar. Bunu Bəxtiyar öz vlogunda göstərəcək).

Bəxtiyar mənim üçün təkcə əməkdaş deyil, dostumdur, əqidə qardaşımdır, əziz adamdır (redaksiyanın bütün üzvləri kimi). Dövlətini fanatcasına sevən, əsl Azərbaycan sevdalısı bir kişi oğlu kişidir.

997203b9-69ab-4e21-a40f-bb202dc85d71.jpg (103 KB)

Razıyam ki, onun əvəzinə mənim qolumu buraydılar. Amma bunu edənlərdə günahın olmadığını da başa düşürük. Özüm saxlanılsam da belə deyəcəkdim. Çünki hər kəs öz seçimini edir, öz işini görür. Mən də, Bəxtiyar da, onu saxlayan polis də… Hamı bilir ki, nəyə gedir və fərqindəyik ki, mitinqdə baş sığallamırlar. Halbuki, Bəxtiyarı oradan sakitcə uzaqlaşdırmaq mümkün idi, Əli Kərimlini isə yox. Bəxtiyardan fərqli olaraq, o, əvvəlcədən tutulmaq üçün aksiyaya çıxmışdı…

Yəni, deməyim odur ki, Kərimlinin şəkillərinə baxıb, emosiyalarınızı zorlamayın - o, nəyə getdiyini əvvəlcədən əla bilirdi, istədiyi də elə bu idi: Həm də sizin emosiyalarınızla oynamaq.

Vüsal Məmmədov, azvision.az saytının baş redaktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR