İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar: “Barış bulağı” çərçivəsində atəşkəs 30 dəfə pozulub”

“Barış bulağı” hərəkatının 120 saatlıq atəşkəs müddəti 17 oktyabrdan indiyədək 30 dəfə pozulub. Halbuki ABŞ ilə Türkiyə arasında qəbul edilmiş bu razılaşma pozulmamalıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyənin Müdafiə naziri Hulusi Akar CNN-Türkün “Həftəsonu“ proqramında bildirib.

Nazir deyib ki, Türkiyə əleyhinə çirkin kampaniya yenə də davam etməkdədir ki, onlardan biri də xarici mətbuatda “Barış bulağı” hərəkatı zamanı Türkiyənin kimyəvi silahdan istifadə etməsinə dair böhtanlardır: “Bizim kimyəvi silahdan istifadə etməmiz günün mövzusu olmamalıdır. Türkiyə kimyəvi silahdan istifadəyə qarşıdır və bu mövzuda beynəlxalq öhdəliklərə əməl edir. Əsgərlərimizin yerli əhaliyə zərər verməsi böhtanına gəlincə, qürurla deyə bilərəm ki, Türkiyə ordusunun hərbçiləri millətimizin humanizm prinsiplərinə uyğun olaraq günahsız, dinc əhaliyə zərər verilməməsi üçün səylərini əsirgəmir”.

Şərh yoxdur