İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz boğazı açılıb, bəzi şirkətlər gəmilərin keçidini riskli sayır

493 16.06.2026 21:48 Dünya A A

Beynəlxalq gəmiçilik şirkətləri hələ də Hörmüz boğazından keçmə risklərini qiymətləndirir və gəmi hərəkətini bərpa etməyiblər.

Musavat.com xəbər verir ki, bu barədə bu gün “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Nəşr gəmi izləmə şirkəti olan “Kpler”in məlumatlarına istinadla bildirib ki, "Fars körfəzində ilişib qalmış gəmiləri olan üç beynəlxalq gəmiçilik şirkəti çərşənbə axşamı NYT-yə bildirib ki, gəmiləri hələ də Hörmüz boğazından keçidi bərpa etməyib, çünki onlar riskləri qiymətləndirməyə davam edirlər".

Bu məlumatlara görə, körfəzdə təxminən 500 böyük ticarət gəmisi qalır.

Bu arada, İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib ki, Hörmüz boğazının blokadası artıq qismən qaldırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR