İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiyadakı "Xarıbülbül məktəbi"ndən görüntülər - VİDEO

614 10.04.2024 12:49 Dünya A A

Hollandiyada fəaliyyət göstərən “Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi” başqanı İlhan Aşkın Hollandiyadakı “Xarıbülbül məktəbi”ndən video paylaşıb.

Musavat.com xəbər verir ki, görüntüdə məktəbin öyrəncilərinin Ramazan bayramını necə qeyd etməsi əks olunub.

Xatırladaq ki, İlhan Aşkın uzun zamandır Hollandiyada, bütün Avropada Azərbaycanın haqq işi uğrunda mübarizə aparır, Azərbaycan, Qarabağ həqiqətlərini təbliğ edir, erməni saxtakarlıqlarına qarşı fədakarlıqla mücadilə edir. Onun rəhbərliyi ilə “Hollanda- Azərbaycan Türk Kültür Dərnəyi” 2007-ci ildə Xocalı şəhidləri üçün Hollandiyada abidə ucaldıb, Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib.

Bu kimi addımlarına görə ermənilər tərəfindən təqib olunub, məhkəməyə verilib.

2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinib.

"Xarıbülbül məktəbi"ndən görüntünü təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR