İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həyatımın ən gözəl illəri İŞİD-lə birlikdə keçdi" - britaniyalı gənc və hamilə xanım...

3758 16.02.2019 17:20 Son xəbər A A

15 yaşında Londonu tərk edən qız 4 il sonra geri dönməyə can atır : "Körpəmi xilas etməliyəm"

15 yaşında Böyük Britaniyadan qaçaraq İŞİD-ə qoşulan Şamima Begumun indi 19 yaşı var. Cihada qoşulan bir nəfərlə ailə qurub. 3 dəfə hamilə qalıb, ancaq doğulan iki körpə az sonra rəhmətə gedib. İndi o, yenə hamilədir. İstəyir ki, Britaniyaya qayıtsın. Çünki dünyaya gələcək körpənin gələcəyi ilə bağlı narahatlıq içindədir. Ümid edir ki, Britaniyada o, və körpəsi rahat həyat yaşaya bilər...

Britaniya mətbuatında bu xanımla bağlı onlarla məqalə yazılıb. İnsanları təəccübləndirən odur ki, Şamima Begum İŞİD-ə qoşulmasına görə təəssüf hissi keçirmədiyini bildirir. Deyir ki, həyatımın ən gözə parçasını xilafətdə yaşadım.

Özünü az qala xəyanətdə ittiham edən Shamima Begum bildirib ki, cihada qoşulan kişilərə onun kimi xanımlıq edən digər Britaniyalı qadınlar da var. Ancaq onlar bütün çətinliklərə sinə gərərək hələ də əllərində silah İŞİD-ın müdafiəsi üçün vuruşurlar. Mən isə onları qoyub, qaçdım. Çünki bətnimdə daşıdığım körpənin ölməsini istəmirəm. Britaniyada həbs olunacağımı bilirəm.. Amma başqa yolum da qalmayıb...

O, bildirib ki, cihada qoşulmuş hollandiyalı Yago Riedijkin xanımıdır. Əri ilə son dərəcə mehriban və xoşbəxt bir həyat yaşayıb. Suriyadakı düşərgələrin birində qalan xanım "The Times" qəzetinə açıqlamasında deyib ki, gələcək ərimi görən kimi, vuruldum. O, mənimlə son dərəcə ehtiramla davrandı. Mən heç vaxt onun kimi gözəl insan tapa bilmərəm.

26 yaşlı Cihadçı Riedijk 2014-cü ildə Suriyaya gələrək İŞİD sıralarına qoşulub. Hazırda o da xanımı ilə eyni düşərgədə qalır. Ancaq onların bir yerdə yaşamasına icazə verilmir.

Şamima Begum bir yerdə təhsil aldığı Kadiza Sultana və Amira Abase ilə 2015-ci ildə Britaniyanı tərk edib. Onlar hava limanından keçərkən təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kadiza Sultana 2016-cı ildə öldürülüb. Amira Abasenin isə sağ olduğu ehtimal olunur.

Hazırda Şamima Begumun Londonda yaşayan ailəsi onun geri dönməsinə nail olmaq üçün ciddi təbliğat kampaniyası aparır. Deyirlər ki, Britaniyanı tərk edərkən Şamima Begumun cəmi 15 yaşı vardı. O, İŞİD-ın nəzarət etdiyi ərazidə yaşayıb, iki körpəsini itirib, ciddi sarsıntılardan keçib. Bəlkə də psixoloji problemi var. Ona və onun günahsız körpəsinə kömək etmək lazımdır.

https://www.theguardian.com/world/2019/feb/15/mi6-chief-britons-joined-isis-cannot-stopped-returning-shamima-begum

https://www.mirror.co.uk/news/uk-news/jihadi-bride-shamima-begum-who-14006939

Elbəyi Həsənli, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR