İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həkimlər başları üzərində işləməkdənsə, blogerlik edirlər"

1248 05.07.2023 17:46 Son xəbər A A

Aparıcı Rövşanə Ağasəfqızı blogerlik edən həkimləri tənqid edib.

Axşam.az xəbər verir ki, aparıcı onların pasientlərlə kobud rəftar etməsindən şikayətlənib:

"Bəzi həkimlər var ki, başları üzərində işləməkdən çox blogerliyə üstünlük verirlər. Efirdə bunu dəfələrlə görmüşəm. Cərrahlar əməliyyatdan sonra xəstə ilə maraqlanmırlar. Xəstə tibb bacısının öhdəsində qalır. Kobud həkimlər görmüşəm... Dəfələrlə xəstələrin şikayətini işıqlandırmışam. Başınız üzərində işləyin. Bu, hər həkimə aid deyil. Blogerliyin də dərəcəsi var. Bir-birinizi təqlid edirsiniz. O çıxır, bu çıxır telefon qarşısında atdanıb düşür, oynayır. Pasientim artacaq deyə bunu etməyin. Elə deyil, ən gözəl pasient elə xəstənin özüdür. Ən gözəl reklam xəstənin özüdür".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR