İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanada özünə ad günü edən general - DOSYE

3908 04.06.2026 16:55 Ölkə A A

Hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun doğum günüdür. Generalın 61 yaşı tamam olur.

Rövşən Əkbərov artıq altıncı doğum gününü dəmir barmaqlıqlar arasında keçirir. 10 illik məhkum edilən generalın 4 il çəkilməmiş cəza müddəti qalıb.

Xatırladaq ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri vəzifələrində çalışıb. Xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən general sonradan 20 il əvvəl Ukraynada qətl törətdiyi üçün məhkum edilib.

2002-ci ildən general–leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.

2020-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

16 mart 2021-ci ildə həbs edilib.

Ailəlidir, dörd övladı var./qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR