İnsanlara hürriyət, millətlərə istiqlal!

“Halal deyirlər, amma ətə spirtli içkilər vurub, steyk bişirirlər” - XƏBƏRDARLIQ

689 13.03.2024 16:00 Ölkə A A

“Ət və ət məhsulları istehsal edən hər hansı şirkətin “halal istehsal” ifadəsini istifadə etməsi halal kəsimi əhatə edir, lakin təkcə “halal kəsim” ifadəsini istifadə etmək hər zaman “halal istehsal” anlamına gəlmir. Çünki halal kəsim sadəcə prosesin bir mərhələsini, halal istehsal isə bütün mərhələni əhatə edir”.

Bu fikirləri Musavat.com-a qida mühəndisi Yusif Həkim bildirib.

yusif.jpeg (111 KB)

Onun sözlərinə görə, ətin (böyükbaş, kiçikbaş, quş, balıq və s. şəriətdə yeyilməsinə icazə verilən heyvan ətlərinin) halal olması üçün ilkin istehsaldan başlayaraq son emala kimi bütün mərhələlərdə halallıq prinsiplərinə uyğun istehsal təşkil olunmalıdır:

“Ona görə də qırmızı və ya quş ətlərinin halal olması üçün bir neçə şərt ödənməlidir. Birincisi, yemlərin nəcis maddələrdən təşkil olunmaması, antibiotiklərin bədəndən xaric olmasına nəzarət, heyvan rifahı şərtlərinə əməl etmək, kəsim prosesinin əllə, müsəlman və ya əhli kitab şəxs tərəfindən həyata keçirilməsi, kəsimdən əvvəl heyvanın sağ olması (karbon qazı ilə heyvanların keylənməsi birmənalı olaraq haramdır, xüsusilə toyuqların keylənməsi üçün istifadə edilir, çünki bu prosesdən sonra heyvanların ölüb ölməməsini ayırd etmək mümkün olmur), qan süzülmənin həyata keçirilməsi, isti su vannasında düzgün temperaturun seçimi, sanitar gigiyenik qaydalara riayət olunması, tərəzidə düzgün kütlənin müəyyən olunması kimi şərtlərin icrası mütləqdir”.

Ekspert əlavə edib ki, hər hansı restoran və ya kafenin istifadə etdiyi ətin halal olması yetərli deyil:  “Yəni restoranın və ya kafenin özünün də halal prinsiplərə əməl etməsi mühümdür. Çünki bişirilmə metodu, istifadə edilən qida əlavələri və ədviyyatlar da burada çox önəmlidir. Xüsusilə də son zamanlar steyklərin bişirilməsində pivə, çaxır kimi spirtli içkilər istifadə olunur, artıq bu, halal sayılmır”.

Afaq,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR