İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyət mütləq güc tətbiq edəcək - Gevondyan

756 10.05.2024 18:00 Son xəbər A A

"Ermənistan hakimiyyətinin etiraz hərəkatının iştirakçılarına qarşı güc tətbiq etməsi qaçılmazdır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Alen Gevondyan deyib.

Onun iddiasına görə, yerli hakimiyyət arxiyepiskop Baqrat Qalstanyana qarşı əks-təbliğat kampaniyasının iflasa uğradığını başa düşür.

Gevondyan hesab edir ki, məhz bu səbəbdən baş nazir Nikol Paşinyan təşəbbüsü öz əlinə almaq qərarına gəlib və onun mətbuat konfransı məhz bu məqsədlə çağırılıb.

Erməni ekspertin fikrincə, keşişin sayəsində meydana toplaşan insanlar Paşinyana bu planı həyata keçirməyə mane olub.

"Hakimiyyətin Qalstanyana qarşı ittihamedici dəlilləri yoxdur, əks halda onlardan çoxdan istifadə olunardı və buna görə də hərəkatı yatırmaq üçün hakimiyyətin yalnız bir yolu var - güc tətbiq etmək", - Alen Gevondyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR