İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadrut və Şuşadakı yubileyin tamı

883 25.12.2021 21:03 Yazarlar A A

Ermənistan mətbuatında paylaşılan xəbərlərdən biri belə başlayır: “Azərbaycan Prezidenti İlham Əliyev 24 dekabrda, özünün 60 illik yubiley günündə Hadruta gedib”. Düşmən mediası beləcə yazıb, tüstülənə-tüstülənə.

Düzdür, Azərbaycan mətbuatının manşetlərini müzəffər ordumuzun Ali Baş Komandanının yubileyini azad Hadrutda keçirməsi xəbərləri, Prezidentin çıxışları, düşmənə xəbərdarlıqları bəzəyir. Amma Ermənistan mətbuatının bu xəbəri tirajlaması bizdə bir ayrı ovqat yaradır. Necə deyərlər, yatsaq, yuxumuza girməzdi, amma oldu, Baş Komandanın qətiyyəti, Ordumuzun şücaiəti, xalqımızın dəyanəti nəticəsində!  

Düzdür, ermənilər hələ də hədyanlardan əl götürmək istəmirlər, “erməni şəhəri-Hadrut” kimi sayıqlamalarını davam etdirirlər. Amma dövlətimizin başçısı elə Hadrutdan, Xocavənd torpaqlarından növbəti dəfə xəbərdarlığını etdi. Sitat: “Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq!” Bəs eləməsə, davamı da deyilə bilər, özü də “Dəmir yumruq”la!

Azərbaycan Prezidenti ötən illər ərzində özünün doğum gününü ya qaçqınlar, məcburi köçkünlərlə, şəhid ailələri və qazilərlə, ordumuzla bərabər qeyd edirdi, bir çox hallarda Qarabağ bölgəsinə gedirdi. Əslində bu faktın özü Qarabağa aparan yolun xəritəsi idi və məntiqi sonluğuna çatdı. 60 illik yubileyin keçirildiyi məkan isə Ağoğlan-Hadrut oldu. Bu, tarixi faktdır, möhtəşəmdir! Bir dövlət başçısının yağıdan təmizlədiyi yurdda doğum gününü qarşılamasından gözəl nə ola bilər? Bu faktın özü göstərir ki, ötən illər ərzində Qarabağın azad olunmasını ən çox istəyən, bunun üçün gecə-gündüz çalışan birinci şəxs elə İlham Əliyev imiş.

Bu, bir nümunədir. Yubiley bahalı saraylarda qeyd olunmadı, şəhidlərimizin qanı ilə suvarılmış tarixi torpaqlarımızın növbəti ziyarətini gerçəkləşdirməklə daha bir tarix yazıldı. Azad Qarabağa hər səfər o yurd-yuvada daha da möhkəmlənməyimiz üçün əsas şərtlərdəndir. Xüsusilə də Hadrut çox önəmli. Ermənilərin o məkanda xüsusilə gözü qalıb axı. Bax, elə buna görə də növbəti hərbi hissə məhz Hadrutda yaradıldı, özü də Baş Komandanın yubiley günündə! Ermənistan mətbuatı İlham Əliyevin hərbi hissəyə döyüş bayrağını təqdim etməsi barədə xəbəri yaymağı da unutmayıb. Bu, həm də Hadrut “olmazsa, olmaz” deməkdir, düşmən üçün ölüm xəbərdarlığıdır, anlasalar... 

Azərbaycan Prezidenti Hadrutda başqa önəmli mesajlar da verdi. Sitat: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz”. Bu, həm ölkə başçımızın qətiyyətinin, iradəsinin göstəricisidir, həm də xarici qüvvələrə, ermənilərin havadarlarına “ağlınızı başınıza yığın” xəbərdarlığıdır.

Həm də Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi olacaq Valeri Pekres kimi gizli şəkildə Qarabağa səfər edənlərə, bu səfərə göz yumanlara, Laçın dəhlizinə guya nəzarət edənlərə yönəlik mesajlardır. Yeri gəlmişkən, bir məsələyə də münasibətimizi ifadə edək. Bəlkə də həmin bu, “Araikin tayı” Pekres Fransadakı seçkilərdə uğur qazana bilərdi. Amma gizli şəkildə, oğrusayağı Azərbaycan torpağına gəlişi ilə şansının üstündən xətt çəkdi. Azərbaycan XİN-in “qara siyahı”sına düşməsi ilə “baltanı öz ayağına” vurmuş oldu. Hər halda, Fransa xalqı və dövləti ağılsız deyil ki, Azərbaycana qarşı hörmətsiz davranışına görə “sarı vərəqə” - əslində “qara vərəqə’” - almış birisinə şans tanısın. Bu, gələcəkdə Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdrılması tələbinin rəsmi səviyyədə gündəmə gəlməsi, Bakı-Paris münasibətlərinin pisləşməsinə əsas yarada bilər. Sözsüz ki, məsələ Bakının Fransaya nota verməsi ilə bitməyəcək, izahat istəniləcək. Məsələn, Fransa səfirinin nə səbəbə hələ də Şuşaya səfər etməməsi kimi suallara da cavab verilməlidir...

Bir müddət öncə Makronun Azərbaycan lideri ilə bir araya gəlməsi dövlətimizin və dövlət başçımızın gücü ilə hesablaşmağın məntiqi nəticəsi idi. Hələ qarşıda Azərbaycanın növbəti böyük hədəfləri var. Fransız namizədlərin seçki marafonunu Xankəndidən (!) başlaması isə həm də erməni revanşizminin başında çatlayacaq, əmin olsunlar! Ötən illərin təcrübəsindən dərs götürmədilərsə, növbəti - 2022-ci “tədris ili” gözləyir onları! Bunu dediyini edən lider də dəfələrlə söyləyib. Boşuna demir.

Və bu məqamda oxudum ki, Prezident və ailə üvləri Hadrutdan sonra Şuşaya gediblər! Yubiley tədbirinin daha bir mübarək məkanına! Hadrut və Şuşadakı yubileyin tamı bir başqa. Xankəndi də “ovuc içində...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR