İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın buğda ehtiyatları tükənib – yaxın günlərdə dəyirmanlar işini dayandıracaq  

1280 13.05.2022 18:24 İqtisadiyyat A A

Gürcüstanda buğda ehtiyatları demək olar ki, tamamilə tükənib və yaxın günlərdə dəyirmanlar fəaliyyətini dayandıracaq.

Musavat.com xəbər verir ki, bunu yerli “İnterpressnyus” İnformasiya Agentliyinə müsahibəsində Gürcüstan Taxıl və Un İstehsalçıları Assosiasiyasının sədri Levan Silaqava deyib.

Assosiasiya sədri belə vəziyyətin yaranmasının əsas səbəbinin son aylarda ölkəyə un idxalının kəskin artması olduğunu deyib: “Artıq bir neçə aydır ki, ölkəyə un idxalı kəskin şəkildə artırılıb. Bu gün biz o həddə çatmışıq ki, əvvəlcədən mövcud olan buğda ehtiyatımız faktiki olaraq tükənib. Dəyirmanlar bir neçə gündən sonra fəaliyyətlərini tamamilə dayandıracaqlar”.


L.Silaqavanın verdiyi məlumata görə, ölkə qanunvericiliyində un idxalına vergi tətbiq olunmur. Buğda idxalına münasibətdə isə üzən vergi tətbiq olunur ki, hazırda onun həcmi 1 ton buğda üçün 120 dollar təşkil edir. Bu səbəbdən də iş adamları buğdanın deyil, unun idxalına üstünlük verirlər.

Gürcüstanın illik buğda istehlakı 650 min ton civarındadır. Bu həcmin yalnız 15 faizi yerli istehsal hesabına təmin olunur. Çatışmayan həcmin 90 faizini ölkə Rusiyadan alır. Gürcüstan ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqiyanın aprel ayında açıqladığı məlumata görə, hökumət yaxın illərdə yerli buğda istehsalını tələbatın 50 faizi həcminə çatdırmağı planlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR