İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda plastik paketlərdən istifadə ləğv olunur

1139 12.09.2018 14:21 Dünya A A

Bu il oktyabrın 1-dən etibarən Gürcüstanda plastik paketlərdən istifadə tədricən ləğv olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hökumət yaşıl iqtisadiyyat siyasətini aktiv olaraq inkişaf etdirir: “Son illər bütün dünyada plastik qablaşdırma materiallarına qarşı mübarizə aparılır. Ətraf mühitə ən çox plastik paketlər ziyan vurur. Gürcüstanda da bu sahədə ciddi problemlər var. Ona görə də hökumət tərəfindən qəbul olunmuş tənzimləmələrə əsasən, ölkədə oktyabrın 1-dən başlayaraq mərhələli şəkildə birdəfəlik paketlərin istehlakdan maksimum çıxarılması təmin olunacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR