İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonun sabiq rəhbəri saxlanılıb

872 14.02.2019 17:44 Son xəbər A A

Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonu administrasiyasının keçmiş rəhbəri Giorgi Arevadze saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ilkin məlumatlara görə, o, vəzifədə olarkən müxtəlif cinayətlər törətməkdə ittiham olunur.

G.Arevadze 2004-2007-ci illərdə Bolnisi rayonu administrasiyasının rəhbəri vəzifəsini tutub.

Gürcüstanın Baş Prokurorluğu keçmiş dövlət məmurunun saxlanılmasını təsdiq etsə də, istintaqın hansı maddə üzrə aparıldığını hələlik açıqlamır.

G.Arevadzeyə qarşı bu gün ittihamın rəsmən irəli sürüləcəyi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR