İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Rusiyadan qaz almaq fikrinə düşdü

881 14.02.2019 19:23 Region A A

Gürcüstan hakimiyyəti Rusiya ilə qaz alışı mövzusunda danışıqlar aparır. Virtualaz.org “Vzqlyad” işgüzar nəşrinə istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobukiya deyib.

“Bəli, biz Rusiya ilə danışıqlar aparırıq və çox güman ki, müəyyən həcmdə qaz alacağıq ki, bu da bizə enerji təhlükəsizliyini və enerji asılılığının olmamasını təmin etməyə imkan yaradacaq”, - Kobuliya parlamentdə komitə dinləmələrində bildirib.

Onun sözlərinə görə, “bazarda daha böyük rəqabət yaratmaq üçün sistemin optimallaşdırılması planlaşdırılır ki, bu da bizə qaz alışının diversifikasiyası imkanı verəcək. Bazarda rəqabətin yaradılması qaz tariflərinin azaldılmasına şərait yaradacaq”.

“İstəyirik ki, bir yox, daha çox qaz təchizatçısı olsun”, - gürcüstanlı nazir deyib.

Kobuliyanın sözlərinə görə, Rusiya ilə danışıqlar “çətindir və zaman tələb edir”, belə ki, Gürcüstan daha yaxşı şərtlər istəyir.

Gürcüstanın Rusiyadan hansı həcmdə qaz almaq niyyətində olduğunu nazir açıqlamayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR