İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamenti üzvlərinin maaşı

1039 08.12.2021 13:19 Son xəbər A A

Gürcüstan parlamenti üzvlərinin maaş göstəriciləri açıqlanıb. Novator.az bildirir ki, məlumata görə, deputatın aylıq maaşı 4624 laridir.

1000 lari 550,2 manata bərabərdir.

Vəzifədən asılı olaraq əməkhaqqı məbləğləri belə dəyişir:

parlament sədri – 6740 lari

parlament sədrinin birinci müavini – 6400 lari

parlament sədrinin müavinləri – 6340 lari

komitə sədri, fraksiya lideri – 5540 lari

komitə sədrinin birinci müavini, fraksiya liderinin birinci müavini – 4800 lari

komitə sədrinin müavini, fraksiya liderinin müavini – 4740 lari.

Azərbaycanda parlament üzvlərinin aylıq vəzifə maaşı “Milli Məclis deputatının statusu haqqında” qanunla tənzimlənir. Həmin qanuna görə, deputatın aylıq əməkhaqqı 1732,5 manatdır.

Parlament sədri 2475 manat, sədrin birinci müavini 2227,5 manat, sədrin müavini 2103,75 manat maaş alır.

Komitə və komissiya sədrinə 1980 manat, komitə və komissiya sədrinin müavininə 1856,25 manat miqdarında maaş verilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR