İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Kremlə müxalif 6 jurnalisti ölkəyə buraxmadı

988 16.11.2022 16:57 Region A A

Son iki həftə ərzində gürcü sərhədçiləri 6 rusiyalı jurnalist və fəalı ölkəyə buraxmayıb.

Musavat.com-un xəbərinə görə, bu barədə “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə filialının direktoru Yeqor Kuroptev məlumat verib.

Gürcüstana daxil ola bilməyənlər arasında “Proyekt” araşdırma saytının jurnalisti Katya Arenina, “Pussy Riot” fəalı Nika Nikulşina və “Mediazona” saytının redaktoru Qala Latiqovskaya da var. Arenina, Nikulşina və Latiqovskayanın ölkəyə girişinin yasaqlanması Gürcüstan hakimiyyəti tərəfindən əsaslandırılmayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan bu yana ilkin hesablamalara görə, Kremlin siyasəti ilə razılaşmayan yüz minlərlə insan Rusiyadan mühacirət edib. Xüsusilə mart-oktyabr aylarında Gürcüstana 112 mindən çox rusiyalı gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR