İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotoları– Meydana futbolçu kimi girdilər, cüdoçu çıxdılar

1534 20.07.2026 15:42 Foto fakt A A

Bunlar dünən başa çatan FİFA-2026 futbol mundialının final oyununun başa çatmasından dərhal sonra yaranan qeyri-oyun epizodun zamanı çəkilən şəkillərdir.

Fotolarda aqressiv davrandığı görünənlər argentinalı Leandro Paredes və Tiaqo Almadadır, onlar ispaniyalı Qavini boğazlayıb, ona qarşı dzü-dodakı ippon fəndi tətbiq edir, yerə sərirlər.

Argentinalıların bu cür davranmasının tətikçisi məğlubiyyətləridir. Adətən, finalda uduzan komandanın oyunçuları bu cür emosional olurlar: ya oturub ağlayırlar, ya da acıqlarını çıxmağa adam tapırlar.

arg-2.JPG (44 KB)

Paredes və Tiaqo ikinci varinda davranıblar və birinciyə qırmızı vərəqə göstərilib. Bundan sonra o, milli komandanın hansısa oyununu buraxacaq – yəni mənasız qırmızı kartdır.

Əslində Paredes və Tiaqonun etdiyi hərəkət daha mənasızdır. Oyun bitib, qalib müəyyən olunub, kubok əldən gedib, daha nəyin davası gedir?

arq-3.JPG (61 KB)

Adama deyərlər, belə çevik və güclüydünsə, öz qabiliyətini 120 (əlavə edilmiş zamanla 130+) dəqiqədə meydanda göstərydin. Oyun ərzində qapıya bir zərbə vurma, bir qol vəziyyəti yaratma, bir kəsərli hücuma keçmə, oyunun içində 6 sarı, bir qırmızı kart al, oyundan sonra isə cüdoçu kimi davran – belə futbol yoxdur.

sıfır.JPG (25 KB)

        Qırmızı rəngli göstəricilər İspaniyaya, qaralar və sıfırlar Argentinaya məxsusdur

Bütün dünya gördü ki, matç boyunca daha çox geriyə ötürmə verən Argentina millisi qələbəyə deyil və kubok rəqib qapısına 12 zərbə vurmuş, 120 dəqiqə boyunca hücumda oynamış ispanların haqqıdır.

Amma nə edəsən, məğlubiyyətin belə işləri var.

Beləcə, bu mundial təkcə argentinalıların finalda təkcə pis oyunu və məğlubiyyəti ilə deyil, həm də yenilgini həzm edə bilməmələri ilə yadda qalacaq. Onlar kobud və aqressiv oyunları ilə hətta paraqvaylıları da üstələdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR