Məşhur sənətçi Güllünün ölümü ilə bağlı məhkəmə istintaqında yeni bir inkişaf baş verib.
Musavat.com xəbər verir ki, müğənninin qızı Tuğyanın sevgilisi olduğu bildirilən Kervan istintaq çərçivəsində saxlanılıb.
Şübhəlinin cinayət işindəki iddialara uyğun olaraq "təhrik" ittihamı ilə mühakimə olunduğu və istintaqın çoxşaxəli şəkildə davam etdiyi bildirilib. Məsələ ilə bağlı səlahiyyətlilərin rəsmi açıqlaması gözlənilir.

Qeyd edək ki, müğənni Güllünün oğlu Tuğberk də yeni paylaşımıyla gündəm gəlib.
Sosial mediada video paylaşan Tuğberk deyib: "Uzun müddətdir heç nə paylaşmıram. Vaxtımın çox hissəsini mənə ünvanlanan böhtanları, şərhləri, mesajları, təhqirləri və yalanları qeyd etməklə keçirirəm. Mən bu videonu bunu demək üçün çəkirəm. Aranızda çoxlu gözəl insanlar var. Vicdanını itirməmiş insanlar. Başqalarının ağrısını az-çox başa düşə bilən insanlar".
Könül, Musavat.com






