İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Minskdə: Putin Paşinyanın BOYKOT etdiyi iclasda nələr deyəcək? - CANLI

872 23.11.2023 15:00 Son xəbər A A

Hazırda KTMT-dən və Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması Ermənistanın gündəliyində deyil. Ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

O, Rusiya Dumasının Konstantin Zatulinin açıqlamalarını şərh edərkən bunları qeyd edib. Nazir müavini Rusiya ilə Ermənistan arasında münasibətlərin işçi şəraitdə davam etdiyini desə də, bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu vurğulayıb.

Ermənistan Nazirlər Kabinetinin iclası zamanı zalda işıqlar sönüb.

Musavat.com xəbər verir ki, Baş nazir Nikol Paşinyanın sədrlik etdiyi iclas zamanı zalda işıqlar bir neçə saniyə sönülü qalıb.

Paşinyan bildirib ki, onlar daim enerji təchizatının keyfiyyətini yüksəldilməsindən danışırlar, lakin bu məsələ həll olunmur.

Baş nazir onu da qeyd edib ki, Ermənistandakı elektrik enerjisi keyfiyyətsizdir, hətta hökumət binasındakı kabinetlərdə də işıqlar daim yanıb-sönür.

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfərə gedib. Putin KTMT dövlət başçılarının sammitində iştirak etmək üçün Minskə işgüzar səfər edib.

KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov isə təşkilatın Minsk sammitindən sonra İrəvana səfər edəcək. KTMT Baş katibi sammitdə imzalanmış qərarları Ermənistan rəsmilərinə təhvil verəcək.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR