İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilən zirvə başladı - Prezident Ərdoğan NATO qərargahında VİDEO

21930 14.06.2021 14:32 Gündəm A A

Hər kəsin diqqət göstərdiyi NATO Liderləri Zirvəsi Belçikada öz işinə başlayır.

Musavat.com xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan, heyəti ilə birlikdə NATO qərargahına gəlib.

Qərargaha aparan yolda təhlükəsizlik məqsədilə bəzi məhdudlaşmalar aparılıb. Bundan əlavə, 2000 təhlükəsizlik işçisi hazır vəziyyətdə gətirilib.

Qeyd edək ki, NATO üzvü olan ölkələrin liderləri bu gün NATO-nun mənzil-qərargahında ciddi təhlükəsizlik tədbirləri və koronavirus epidemiyasına qarşı görülən tədbirlər üçün bir araya gəliblər. 

Prezident R.T.Ərdoğan zirvənin baş tutacağı NATO qərargahına xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və AK Partiya sözçüsü Ömer Çelikin ilə birlikdə gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR