İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygölə dolu yağıb, ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib

1202 17.06.2018 18:51 Son xəbər A A

Bu gün Göygölə dolu yağıb.

APA-nın qərb bürosunun məlumatına görə, bu gün saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb.

Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.

Rayon İcra Hakimiyyəti Aparatından APA-ya verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR