İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu - FOTO

1082 05.02.2026 00:24 Ölkə A A

Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Bunu meyiti tapılan Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin anası Rəna Quliyeva bildirib.

O, oğlunun dünən günorta evdən çıxdığını və bir daha geri dönmədiyini bildirib.

Onun sözlərinə görə oğlu evi təmir etdiyi üçün evdən boya almağa çıxıbmış. Yalnız bu gün günorta saat 3 radələrində oğlunun öldürüldüyü barədə onlara xəbər verilib.

Mərhumun anası onu da qeyd edib ki, oğlu sakit biri olub və heç kəslə problemi olmayıb. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR