İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə avtomobilləri yandıran şəxs saxlanılıb -VİDEO, YENİLƏNİB

1387 12.04.2023 03:14 Kriminal A A

Göygöldə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun A.Hacıyev küçəsində qeydə alınıb. İlkin məlumata görə "Porsche" və BMW markalı avtomobillər yandırılıb.

Dərhal hadisə yerinə FHN və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə yanğın qəsdən törədilib.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və "Porsche" markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya məlumat verib.

Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb.

Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR