İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - FOTO

340 28.04.2024 21:34 Hadisə A A

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı köşkə çırpılıb. Köşkün yanında dayanan 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.//Bizim.Media

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR