İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcması Paris-2024-lə bağlı bəyanat yayıb

262 28.07.2024 15:26 Gündəm A A

2024-cü il Paris olimpiadasının açılışı vaxtı Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirib. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib.

Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Bəyanatda, həmçinin deyilir: “Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır.

Qərbi Azərbaycan İcması 2024-cü il Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR