İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan kriptovalyuta VƏDİ - Əgər seçilsəm...

470 28.07.2024 17:05 Dünya A A

“Çin kriptovalyuta bazarında ABŞ-ı qabaqlayaraq dünya lideri ola bilər”.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Neşvildə (Tennessi) keçirilən “Bitcoin 2024” konfransında çıxışı zamanı deyib.

“Əgər biz kriptovalyutanı, “bitcoin”i nəzarət altına almasaq, o zaman Çin və digər ölkələr lider olacaqlar. Biz Çinin çox ciddi şəkildə irəliləməsinə icazə verə bilmərik”, - o bildirib.

Tramp qeyd edib ki, Çinin uğursuz olmasını istəmir, lakin ABŞ-ın “ən uğurlu” olmasını istəyir:

“Əgər seçilsəm, mənim administrasiyam hökumətin hazırda mövcud olduğu “bitcoin” ehtiyatının 100 faizini saxlayacaq. Bu, milli “bitcoin” ehtiyatının əsasına çevriləcək”.

Qeyd edək ki, Donald Trampın prezidentliyə yenidən qayıtmasının dünya kriptovalyuta bazarında böyük canlanma və inkişafa səbəb olacağı gözlənilir. Əvvəllər kriptovalyutaya inanmayan Trampın mövqeyinin dəyişməsində onun vitse-prezidentliyə namizədi, vençur milyarderi olan Vensin böyük təsiri olduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR