İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda avtoqəza zamanı xəsarət alan şəxslərdən ikisinin adı məlum olub -YENİLƏNİB

651 24.12.2019 22:11 Hadisə A A

Goranboyda yol qəzası nəticəsində xəsarət alan üçüncü şəxsin kimliyi də məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu, 1997-ci il təvəllüdlü, Tərtər rayon sakini Abdullayev İsmət Həmid oğludur.

***

Goranboyda baş vermiş avtoqəza iştirakçılarından ikisinin kimliyi məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bunlar "QAZel" markalı yük maşınının sürücüsü, 1992-ci təvəllüdlü Tərtər rayon sakini Həsənov Vüsal Cavanşir oğlu və minik maşınının sürücüsü 1957-ci il təvəllüdlü Goranboy rayon sakini Nəcəfov Aydın Murad oğludur.

***

Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb.

"QAZel" və "Mitsubishi Pajero" markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Kimliyi hələ ki dəqiqləşdirilməyən hər üç yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR