İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə Vətən Müharibəsi qaziləri yolda təhlükə yaratdı FOTO

835 24.05.2022 13:27 Kriminal A A

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.

Redaksiya qeydi: Qazilərimiz hamımızın fəxri, qürurudur. Lakin qazi adından sui-istifadə edərək bu cür darvanışlar göstərmək, ilk növbədə qazilərimizin özü tərəfindən hiddətlə qarşılanır. Həmçinin bu, qazi adına hörmətsizlikdir. Qazilər vətən müharibəsində olduğu kimi, bütün həyat və fəaliyyətlərində, cəmiyyətə münasibətlərində də nümunəvi davranaraq, bu adı uca tutmalı, hansısa tənqidlərə yol açan davranışlar sərgiləməməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR