İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə 18 yaşlı qadın, Bakıda 24 yaşlı oğlan bıçaqlanıb

621 11.04.2023 10:10 Kriminal A A

Gəncədə qadın çiynindən bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gəncəvi küçəsində qeydə alınıb.

Şəhər sakini - 2005-ci il təvəllüdlü S.Əlizadə çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 18 yaşlı gənc qadın özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Bakıda isə 24 yaşlı oğlan bıçaqlanıb.

APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi sakini Mirtofiq Seyidova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqla xəsarət yeririlib.

Faktla bağlı Suraxanı RPİ-də CM-nin 221.3-cü madddəsi ilə cinayət işi başlanıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR